Quba yolunda ağır qəza: 2 nəfər ölüb
Quba rayonunun Birinci Nügədi kəndi ərazisindən keçən Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az “Carçı” telegram kanalının məlumatına əsasən xəbər verir ki, “Hyundai” və “Opel” markalı iki minik avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb. Daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.






