media-1200px-brown_bear_-ursus_arctos-_viiksimo-_kainuu_region-_finland_-29058988558

Qubada ayılar kəndlərə hücum edib.

Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Səbətlər kəndində ayılar yerli sakinlərə məxsus iribuynuzlu heyvanlara hücum edərək onları parçalayıb.

Kənd sakinləri – İsa Hüseynova məxsus camış, Sübhan Əhmədova məxsus inək tələf olub.

Həmçinin rayonun Xanəgah və Qımılqazma kəndlərinə 5 ayı hücum edərək yerli sakinlərə məxsus 20-yə yaxın xırdabuynuzlu heyvanı, inək və buzovu parçalayıb, tövləni isə dağıdıb.

Sakinlərin sözlərinə görə, hazırda kənd ərazisində və kəndə yaxın meşəlik ərazidə gəzmək təhlükəlidir.

media-camish


Bənzər xəbərlər