Qurban Qurbanov “Nyukasl”la çətin oyun zamanı Toral Bayramovun gülməsi barədə danışdı - VİDEO
“Ola bilər ki, həmin epizoda qədər hansısa söhbət aparırdılar və gülməli vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim”.
Patrul.az xəbər verir ki, bu sözləri Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” ilə “Nyukasl” arasında keçirilən oyunda (1:6) penalti epizodu zamanı Toral Bayramovun gülməsi ilə bağlı danışarkən deyib.
O, bu barədə “Nyukasl”la cavab görüşündən əvvəl təşkil olunan mətbuat konfransında açıqlama verib.
“Kimə hansı qaydada irad bildirmək lazımdırsa, lazımi səviyyədə bildirilib”, – deyə baş məşqçi qeyd edib.
Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Nyukasl”la keçirilən qarşılaşmada “Qarabağ”ın ehtiyat skamyasındakı bəzi futbolçuların davranışı diqqət çəkib.
Oyunun 45-ci dəqiqəsində “Qarabağ”ın qapısına penalti təyin olunan zaman ekranda Toral Bayramov və yanında olan şəxsin güldüyü anlar əks olunub. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və tənqid edilib.






