media-img-20250718-wa0049

“Bu günlərdə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun rgünlərdə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun respublikamıza baş tutan səfəri ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcək. Uğurla keçən səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov aktual müzakirələr aparmaqla yanaşı bir sıra tədbirlərə də qatılıblar”. 

Bu fikirləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, səfərin əsas məqsədi münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin müzakirəsindən ibraət olub:

“Gündəliyə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı mühüm məsələlər daxil edilib və hər bir istiqamət üzrə də ətraflı fikir mübadiləsi aparılıb. Səfərin ən yaddaqalan məqamlarından biri əlbəttə ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun işğaldan azad olunmuş Qarabağa səfəridir. Onun təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına getməsi, burada Prezident İlham Əliyevlə birlikdə Füzuli şəhərinin dağıdılmış yerlərinə baxması, xüsusilə Qarabağın incisi olan Şuşa şəhərini ziyarət etməsi xüsusi vurğulanmalıdır. Qonaq Şuşaya səfəri zamanı müxtəlif tədbirlərə qatılıb, tarixi şəhərimizin, mədəniyyət abidələrinin bərpası ilə yaxından maraqlanıb. Şuşada, həmçinin Qarabağ atlarının təqdimatı baş tutub və Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib”.

media-img-20250718-wa0047

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ, o cümlədən də Şuşa təxminən otuz il ərzində işğal atında qalıb:

“Ermənilər işğal dövründə burada misli görünməmiş vandalizm əməlləri törədiblər. Bir milyona yaxın azərbaycanlı doğma ev-eşiklərindən didərgin saınıb, şəhər və kəndlərimiz, tarixi mədəni-dini abidələrimiz yerlə-yeksan edilib. Ancaq işğal onillikləri əhatə etsə də, Azərbaycan xalqı yurd yerlərinə olan bağlılığını həmişə qoruyub saxladı və Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Qarabağımızı azadlığına qovuşdurdu.

Tarixi qələbəmiz uğrunda mübarizədə biz həmişə dost ölkələrin və xalqların mənəvi-siyasi dəstəyini hiss etdik. Bu dəstək bizə əlavə güc verdi, özünəinam hissimizi gücləndirdi və zəfərlərimizi yaxınlaşdırdı. Ermənilər düşünürdülər ki, işğaldan azad edilmiş əraziləri bərpa etməyə Azərbaycanın gücü çatmayacaq və yaxud bunun üçün uzun illər lazım gələcək. Qalib Azərbaycan isə azad Qarabağda quruculuq-bərpa işlərinə müharibə başa çatandan dərhal sonra, vaxt itirmədən başladı”.

Pərvin Kərimzadə qeyd edib ki, postmüharibə dövründə göz önündə yeni bir Qarabağ çanlanır:

“Bu gün İşğaldan azad olunmuş ərazilər böyük tikinti-quruculuq meydanına çevrilib. Burada müasir infrastruktur qurulur, yaşayış məntəqələri, tarixi abidələrimiz bərpa olunur. Postmüharibə dövründə də dost dövlətlər, xüsusilə də Türkdilli ölkələr bizimlə bir yerdədirlər. Qardaş Türkiyə elə ilk vaxtlardan bir sıra layihələrin icrasına fəal şəkildə qoşulub. Özbəkistan Füzulidə məktəb inşa edib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva 2023-cü il 23 avqust tarixində Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Ötən il mart ayının 12-də isə Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə dost ölkə tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi baş tutub. Qarabağda aparılan quruculuq işlərinə Qırğızıstan Respublikası da öz töhfəsini verib. Belə ki, cari il 3 iyul tarixində Azərbaycanın Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda dost ölkənin vəsaiti ilə inşa olunan Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər”.

“Bütün bunların fonunda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun da işğaldan azad olunmuş Qarabağı ziyarət etməsi türk dövlətlərinin Azərbaycan xalqı ilə həmrəyliyinin göstəricisidir. Artıq Qarabağ böyük beynəlxalq tədbirlərin də keçirildiyi məkana çevrilib. Ötən il Şuşada Türk Dövlətləri Təşkilatının, bu il isə Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi buna sübutdur. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun da Qarabağa səfəri təsdiqləyir ki, işğaldan azad olunmuş torpaqlarımız dirçəlir və türkmən xalqı da Azərbaycanla həmrəydir, xalqlarımız arasında münasibətlər yüksələn xətlə inkişaf edir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Ləman Sərraf


Bənzər xəbərlər