media-65fda06b-301a-40e1-8684-b2cc1d905ced

Artıq yay mövsümü yaxınlaşır və hər il havaların isinməsi ilə qarşıdakı aylarda necə istirahət edəcəyimizi planlaşdırmağa başlayırıq. Bu il də həmçinin…
Bəs Azərbaycan yay turizminə hazırdır? Bunun üçün hansı işlər görülür?
Patrulaz.az məsələ ilə bağlı ekspertlərin rəylərini öyrənib.

media-dba055db-27b6-43d5-a1ce-c86206becaca

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi mövsümqabağı hər sahənin yay turizminə hazırlıq gördüyünü bildirib:

“Otellərdə təmir, müəyyən infrastrukturların qaydaya salınması və s. işləri görülür.
Həmçinin, turizm şirkətləri də bu prosesə qoşulub. Çünki yay ezamiyyət mövsümü sayıldığı üçün turizmdə canlanma müşahidə olunur.
Yay mövsümünün gəlişi sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirir. Artıq məlumat yayılıb ki, Azərbaycan və Gürcüstan arasında may ayından etibarən qatar nəqliyyatı vasitəsilə əlaqələr bərpa olunacaq. Bu, bizi çox sevindirir. Düşünürük ki, Azərbaycan vətəndaşlarının həm Gürcüstana, oradan isə digər ölkələrə getmək imkanı rahatlaşacaq, eyni zamanda Gürcüstana gələn xarici vətəndaşların ölkəmizə səfəri bir qədər asanlaşacaq. Bununla da turist mübadiləsini artırmaq mümkün olacaq.
Yay mövsümündə daha çox Xəzər sahili ərazilərə, çimərliklərə üz tutulduğu üçün hər il olduğu kimi, bu il də həmin yerlərə diqqət artacaq. Xəzər dənizinin ekoloji durumu da çox vacibdir. Çünki bu il iqlim dəyişikliyindən Xəzər dənizi də əziyyət çəkir. Belə bir sərvəti itirməmək üçün nəzarəti əldən verməməliyik. Hesab edirəm ki, bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən bir çox proqramlar həyata keçirilməlidir”.

media-15501127-86f6-483d-a54a-1d25fdd211f2
Turizm eksperti Ceyhun Aşurov da qeyd edib ki, “Qarşıdan gələn yay mövsümü insanların daha çox səyahət etdiyi bir dövrdür:

“Bu ilin ilk rübündə biz turizmdə o qədər də aktivlik müşahidə etmədik. Statistikaya görə, otellərdə 80%-ə qədər yer boş qalmışdı. Ümumi aktivliyin əsasən aprel-may aylarından etibarən başlayır, yayda isə pik həddə çatacağı gözlənilir.
Azərbaycanda da yay turizmi üçün hazırlıq prosesi gedir. Xüsusilə, dənizkənarı otel və turistik məkanlar öz hazırlıqlarını görür. Doğrudur, ildən-ilə otellərin sayı az da olsa artır. Amma kənd evləri, villaların sayının artımı daha sürətlə gedir.
Quru sərhədlərin bağlı olmasına baxmayaraq, turizm baxımından bu il aktiv bir il kimi yadda qalacağı ehtimal olunur. Ümid edirik ki, sərhədlər açıldıqdan sonra turizmin inkişafı daha çox olacaq”.

Ləman Sərraf


Bənzər xəbərlər