media-aviation-today-desert-air-namibia-crash-1-1536x864

Namibiyanın populyar turizm zonalarından sayılan Sossusvley səhrası yaxınlığında ağır aviasiya qəzası baş verib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan bütün şəxslər həyatını itirib.

Hadisə 10 may 2026-cı il tarixində, yerli vaxtla saat 11:00 radələrində qeydə alınıb. “Cessna 210” tipli yüngül mühərrikli təyyarə radarlardan itdikdən sonra genişmiqyaslı axtarış işləri başlanılıb.

Təyyarənin qalıqları bir günlük intensiv axtarışlardan sonra, 11 may səhər saat 09:15-də çətin relyefli ərazidə aşkar edilib. İlkin baxış zamanı təyyarənin yerə çırpılaraq alovlandığı müəyyən olunub.

Qəzada 4 nəfər – üçü Almaniya vətəndaşı olan turist və “Desert Air” aviaşirkətinin təcrübəli pilotu (Almaniya vətəndaşı) həlak olub. Ölənlər arasında Almaniyanın tanınmış iş xanımlarından biri – “Dieter Schwarz” Fondunun idarəedici direktoru Silke Lohmiller və onun ailə üzvlərinin olduğu bildirilir.

Namibiya Təyyarə Qəzalarının Araşdırılması İdarəsi (DAAI) hadisə ilə bağlı rəsmi təhqiqata başlayıb. Hazırda qəzanın texniki nasazlıq, hava şəraiti və ya insan amili səbəbindən baş verməsi ehtimalları nəzərdən keçirilir.

“Desert Air” şirkəti baş vermiş hadisədən dərin kədər hissi keçirdiklərini bildirərək, həlak olanların ailələrinə başsağlığı verib.


Bənzər xəbərlər