ReIsdən çıxan qatar qəzaya uğradı -FOTOLAR
Almaniyada dəhşətli qəza baş verib.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Baden-Vürtemberq əyalətində qatar relsdən çıxaraq aşıb.
Baş verən qəzadan sonra hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən, təcili yardım və xilasedicilər göndərilib. Hadisə nəticəsində 3 nəfər ölüb, 34 nəfər yaralanıb.
Qeyd edək ki, qatarda ümumlikdə 100 sərnişin olub.
Qəzanın səbəbləri barədə araşdırmalar aparılır.

Gülbəniz Səfərova






