media-1749634496_1749631146_alim

Xalq artisti Alim Qasımovun toy mərasimində səhnəyə çıxaraq rep ifa etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tanınmış xanəndənin bu addımı bir çoxları tərəfindən tənqid edilib.

Patrulaz.az xəbər verir ki, məsələ ilə bağlı “Qaynarinfo”ya danışan Alim Qasımov həmin çıxışın ciddi qəbul olunmamalı olduğunu bildirib:

“Səhnəyə çıxanda kefimə düşdü, zarafat etdim. Bu zarafatı da camaat min yerə yozur, Allah işlərini avand eləsin. Amma hamı bilsin ki, bu, gülməli və söyüşlü bir çıxış deyil. Mənim ifalarım, sənətim qalıb bir yanda, zarafatyana bir rep demişəm, hamı düşüb onun ardınca. Özləri bilər, nə istəyirlər desinlər. Alqışlayanlara salam deyirəm, bu zarafatdır. Öz dostlarımla etdiyim zarafatı səhnədə etdim. Mən nə bilim çəkəcəklər? Bu öz dostumuzun toyudur. Zarafat etdim, ardınca da muğam oxudum. Onu yayanda bunu da yayın da. Bundan sonra daha çox zarafatlar hazırlayacağam”.

“Dünya səviyyəsində tanınan xanəndə niyə repə meyil göstərir?” sualını verənlərə isə Alim Qasımov poetik ifadə ilə cavab verib:

“Çünki selə düşmüşük. Sel bizim ayağımızı yerdən üzüb aparır. Bir də baxırıq ki, su üzərindəyik və gedirik. Palaza bürün, elnən sürün. Mən də sürünməyə hazırlaşıram”.


Bənzər xəbərlər