media-inshot_20250715_201338214

Rusiyada yerləşən “Vkusno – Period” restoranında işçinin müştəri üçün hazırladığı burgerə tüpürməsi kameralara yansıyıb.

Patrulaz.az “Baza” telegram kanalına əsasən xəbər verir ki, axşam növbəsində işləyən Nikita adlı əməkdaş  sifariş hazırlayarkən burgerə tüpürüb. Bu anı restoranda müştəri qismində olan şəxs mobil telefonla qeydə alıb.

“Əvvəlcə mənimlə kobud danışdı, sonra şübhələndim və kameranı açıb müşahidə etməyə başladım. Gözləmədiyim bir hərəkətlə qarşılaşdım”, – videonu paylaşan şəxs deyib.

Hadisədən sonra Nikita baş verənləri izah edərək bildirib ki, həmin gün bir neçə müştəri onu təhqir edib, sifarişi tez çatdırmağı tələb edib və hətta onu döyməklə hədələyib. Onun sözlərinə görə, rəhbərliyə məlumat verilsə də, heç bir tədbir görülməyib və bu səbəbdən emosiyalarına hakim ola bilməyib.

Yayılan görüntülərdən sonra gənc oğlan restoran rəhbərliyi tərəfindən işdən çıxarılıb.

Həmin görüntüləri təqdim edirik:


Bənzər xəbərlər