Robotlar artıq insan kimi hiss edə biləcəklər
Alimlər insanabənzər robotlara toxunma hissi verə biləcək yeni növ robot dərisi hazırlayıblar.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, bu yumşaq, jelə bənzər material elektrik cərəyanını keçirərək təzyiq, temperatur dəyişiklikləri və hətta dərin kəsikləri hiss edə bilir. Dəri xüsusi elektrodlarla birləşdirildikdə 860.000-dən çox siqnalı qəbul edir və müxtəlif toxunuş növlərinə cavab verir.
Tədqiqatçılar bildirir:
“Bu yeni robot dərisi toxunma duyğusunu inkişaf etdirərək, robotların və süni əzaların insan kimi fiziki təmasa reaksiya verməsinə imkan verir”.
Qeyd edək ki, bu material həm də maşınların incə əşyalarla işləməsi və fövqəladə hallar zamanı faydalı ola bilər, eyni zamanda istehsalı daha sadə və ucuzdur.