media-inshot_20260508_184406477

“Əl-Nəsr”in portuqaliyalı superulduzu Kriştiano Ronaldonun azarkeşlərin təxribatına verdiyi qeyri-etik reaksiyası narazılıqla qarşılanıb.

Patrul.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, hadisə 2026-cı il mayın 7-də Səudiyyə Pro Liqasının 33-cü turu çərçivəsində keçirilən “Əl-Şəbab” – “Əl-Nəsr” matçı zamanı baş verib.

Belə ki, oyunun gedişində “Əl-Şəbab” azarkeşləri portuqaliyalı ulduzun diqqətini yayındırmaq və onu qıcıqlandırmaq məqsədilə mütəmadi olaraq “Messi, Messi” şüarları səsləndiriblər. Əvvəlcə bu təzyiqə sarkastik təbəssümlə və orkestr dirijoruna bənzər hərəkətlərlə cavab verən Ronaldo sonradan emosiyalarını cilovlaya bilməyib.

Matçın gərgin anlarında o, tribunalara tərəf dönərək cinsiyyət orqanına toxunmaqla nalayiq hərəkət nümayiş etdirib.

Həmin görüntülər sosial mediada sürətlə yayılaraq böyük narazılığa səbəb olub. Xüsusilə tribunada azyaşlı uşaqların olduğu bir mühitdə futbolçunun bu davranışı həm yerli, həm də dünya mətbuatı tərəfindən kəskin tənqid edilib.

Gərginliyə baxmayaraq, Ronaldo matçın 75-ci dəqiqəsində komandasının dördüncü qoluna imza ataraq qələbəyə (4:2) nail olub. Bununla da o, Səudiyyə Pro Liqasında 100 qol həddinə çatan ilk əcnəbi futbolçu olub. Ulduz oyunçu karyerasındakı rəsmi qolların sayını 971-ə çatdıraraq öz rekordunu yeniləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam Komitəsinin bu hərəkətlə bağlı Ronaldoya qarşı hər hansı sanksiya tətbiq edib-etməyəcəyi maraqla gözlənilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər