media-inshot_20260302_230639480

Məşhur dünya şöhrətli futbolçu Kriştiano Ronaldo səhhətində yaranan problemlə gündəməgs gəlib.

Patrul.az xəbər verir ki, buna səbəb Ronaldonun Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış etdiyi “Əl-Nəsr” klubunun heyətində oynadığı zaman ayağından zədə almasıdır.

Bildirilir ki, o, zədəni “Əl-Nəsr”in “Əl-Fəyha” üzərində qələbə qazandığı oyunun son mərhələsində alıb və bundan sonra meydanı tərk etmək istəyib.

Futbolçu meydandan çıxar-çıxmaz ayağına buz qoyulub.

Ronaldonun zədəsi ilə bağlı “Əl-Nəsr”in meneceri Xorxe Jesus açıqlama verib:

“Ronaldo əzələ yorğunluğundan əziyyət çəkirdi. Tibbi qrupumuz onun vəziyyətini aydınlaşdırmaq üçün təcili testlər aparacaq”.

Məlumata görə, Kriştiano Ronaldo zədədən sonra tibbi müayinədən keçəcək. Onun sağlamlıq vəziyyəti ilə bağlı rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Qeyd edək ki, 41 yaşlı Kriştiano Ronaldo bu mövsüm “Əl-Nəsr”in heyətində 26 oyuna çıxıb. Portuqaliyalı futbolçu həmin matçlarda 22 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ildə başa çatacaq.

Ronaldo Portuqaliya millisinin heyətində isə 226 oyun keçirib və 143 qola imza atıb.


Bənzər xəbərlər