media-inshot_20260204_223904057

Səudiyyə Ərəbistanında “Əl-Nəsr” klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldonun fotosunun divara afişa edilməsi diqqət çəkib.

Patrul.az sosial şəbəkələrdə yayılan fotoda Ronaldonun ağlayan halda təsvir olunmuş şəkli yer alıb. Afişanın yuxarı hissəsində “İtkin”, aşağı hissəsində isə “Əziz insanlar, bu qırx yaşlarında itkin düşmüş bir kişidir. O, on günlük könüllülükdən keçir və ailəsi onu axtarır” kimi ifadələr yazılıb.

Sözügedən afişanın kimlər tərəfindən və hansı məqsədlə hazırlandığı hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Bununla belə, paylaşım sosial mediada geniş müzakirələrə yol açıb. Bəzi istifadəçilər bunu yüngül yumor kimi dəyərləndirsələr də, digərləri portuqaliyalı ulduza qarşı hörmətsizlik olduğunu bildiriblər.

Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının növbəti turunda “Ər-Riyad”la keçiriləcək oyunda meydana çıxmayacağını açıqlayıb. Məlumata görə, futbolçunun bu qərarı Səudiyyə Ərəbistanı İnvestisiya Fondunun (PIF) “Əl-Nəsr” klubuna digər klublarla müqayisədə fərqli idarəetmə yanaşmasından narazı qalması ilə əlaqələndirilir.

Bildirilir ki, Ronaldo klubun transfer pəncərəsi dövründə kifayət qədər investisiya qoymamasından da məmnun deyil.


Bənzər xəbərlər