media-inshot_20260217_161939478

Rusiyanın Rostov vilayətindəki miqrantlara, o cümlədən, azərbaycanlılara 2026-cı il aprelin 1-dən dekabrın 31-dək kuryer fəaliyyəti, eləcə də qida, içki və tütün məhsullarının topdan və ya pərakəndə satışı ilə məşğul olmaq qadağan ediləcək.

Bəs bu qadağanın arxasında nələr dayanır?

Patrul.az mövzu ilə bağlı politoloq Aytən Qurbanovanın fikirlərini öyrənib.

O düşünür ki, bu addım uzun müddətdir Rusiya daxilində miqrantlara münasibətdə tətbiq olunan ayrı-seçkiliyin və qeyri-konstruktiv yanaşmaların bir davamıdır:

“Qadağanın ancaq Rostov ərazisində tətbiq olunması vilayət daxilində həm yerli əhalinin işlə təmin olunması, eyni zamanda miqrantların müəyyən sahələrdən uzaqlaşdırılaraq onların fəaliyyətinin məhdudlaşdırılması ilə izah oluna bilər. Lakin bütövlükdə azərbaycanlılara münasibətdə bunun hansı hüquqi mexanizmlərlə tətbiq olunacağı kifayət qədər sual yaradan əsas məqamlardan biridir. Çünki həm qanuni əsaslarla iş və yaşama icazəsi olan azərbaycanlılar var. Onların kuryer fəaliyyəti, eləcə də qida, içki və tütün məhsullarının topdan və ya pərakəndə satışından uzaqlaşdırılması ayrı-seçkiliyin bariz nümunəsidir. Davamlı xarakter aldığı və bütün Rusiya ərazisinə tətbiq olunduğu halda sərtləşdirilmiş miqrasiya qaydalarından danışa bilərik”.

media-img-20251225-wa0092-2

“Hesab edirəm ki, bu, yeni bir yanaşma deyil və uzun müddətdir Rusiya ərazisində həm azərbaycanlılara, həm də digər etnik azlıqlara qarşı tətbiq olunan ayrı-seçkiliyin bariz nümunəsi kimi qiymətləndirilə bilər”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər