Röya konsertini bir gün də artırdı
Röya Ayxanın konsertinə biletlər aylar öncədən tükənib.
Patrulaz.az xəbər verir ki, xalq artisti Röya Ayxanın Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılan solo konsertinə bütün biletlər satışa çıxarıldığı gündən qısa müddət sonra tam satılıb.
Bu barədə estrada ulduzu şəxsi sosial media hesabında məlumat paylaşıb.
Qeyd edək ki, konsert proqramı 31 oktyabr və əlavə olaraq 1 noyabr tarixlərində Heydər Əliyev Sarayında baş tutacaq.






