media-inshot_20260430_115206710

Rusiya Prezidenti Vladimir Putin və ABŞ həmkarı Donald Tramp arasında 90 dəqiqədən çox davam edən telefon danışığı baş tutub.

Patrul.az xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Yuri Uşakovun verdiyi məlumata görə, liderlər qlobal böhranların həlli ilə bağlı mühüm mesajlar veriblər.

Danışıq zamanı sülh perspektivləri ön plana çıxıb. Donald Trampın münaqişənin sonuna işarə edərək, “Ukrayna böhranının həlli ilə bağlı razılaşma artıq çox yaxındır” deyib.

Vladimir Putin isə 9 May bayramı ilə əlaqədar humanitar addım ataraq Ukrayna ilə atəşkəsə hazır olduqlarını vurğulayıb:

“Rusiya Qələbə Günü dövründə atəşkəs elan etməyə hazırdır”.

Tramp isə bu təşəbbüsü dəstəklədiyini bildirib.

Eyni zamanda Rusiya lideri cəbhədəki vəziyyətlə bağlı qətiyyətli mövqeyini ifadə edib:

“Rusiya qoşunları təşəbbüsü tam şəkildə əlində saxlayır və ‘xüsusi hərbi əməliyyat’ın məqsədlərinə istənilən halda nail olunacaq”, – deyə Putin bildirib.

Telefon danışığı zamanı Yaxın Şərqdəki gərginlik də diqqət mərkəzində olub. Putin ABŞ və İsrailin mümkün hərbi müdaxilələrinə qarşı xəbərdarlıq edib:

“Yaxın Şərqdə yenidən atılacaq hərbi addımlar region üçün son dərəcə ağır nəticələrə səbəb ola bilər”.

O, həmçinin Trampın İranla bağlı son qərarını müsbət qiymətləndirərək, “İrana qarşı atəşkəs rejimini uzatmaq qərarı doğru və strateji addımdır” deyə qeyd edib.

Vladimir Putin o cümlədən Trampa qarşı aprelin 25-i Vaşiqtonda “Hilton Hotel”də törədilən sui-qəsd cəhdini kəskin pisləyib:

“Bu cür hadisələr qəbuledilməzdir və biz bu aktı qətiyyətlə pisləyirik”.

O həmçinin mülki hədəflərə hücumları da tənqid edərək, “Mülki obyektlərə qarşı hücumlar açıq-aşkar terror xarakterli metodlardır” fikrini səsləndirib.

Liderlər Ukraynanın hazırkı siyasətini münaqişəni süni şəkildə uzatmaq cəhdi kimi qiymətləndirərək söhbəti yekunlaşdırıblar.


Bənzər xəbərlər