Rusiya bir gecədə bu qədər Ukrayna dronunu məhv edib
Rusiya Müdafiə Nazirliyi ölkə ərazisinə gecə saatlarında pilotsuz uçuş aparatları ilə hücum edildiyini açıqlayıb.
Patrulaz.az xəbər verir ki, Nazirliyin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri ümumilikdə 54 PUA-nı məhv edib.
Məlumata əsasən, onların 19-u Bryansk vilayətində, 11-i Volqoqradda, 8-i Rostovda, 7-si Voronejdə, hər biri 3 olmaqla Belqorod və Orlov vilayətlərində, 2-si Kurskda, 1-i isə işğal olunmuş Krım üzərində vurulub.
Gülbəniz Səfərova






