media-inshot_20250828_090204654

Rusiya ordusu Ukraynanın paytaxtı da daxil olmaqla, müxtəlif şəhərlərinə zərbələr endirib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, havadan zərbələr Ukraynanın Kiyev, Vinnitsa, Zaporojye bölgələrinə edilib.

Hücum nəticəsində 4 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Təkcə Kiyevə edilən hücümdan sonra 5 mərtəbəli bina dağılıb, insanlar isə dağıntılar altında qalıb. Bundan başqa, zərbənin təsirindən hündürmərtəbəli binalara, fərdi yaşayış evlərinə, avtomobil dayanacağına, uşaq bağçasına, ticarət mərkəzinə və ofislərə ziyan dəyib.

Ukraynanın Vinnitsa vilayətində isə  zərbələr nəticəsində 29 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.

Qeyd edək ki, 2022-ci il 24 fevral tarixdən başlanan  Rusiya-Ukrayna müharibəsində tərəflər bir-birlərinə hələ də ölümcül hücumlar həyata keçirməyə davam edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər