media-inshot_20251030_204434696

Rusiya qüvvələri Ukraynanın Çerniqov vilayətinin mərkəzində yerləşən televiziya qülləsinə zərbə endirib.

Patrulaz.az xəbər verir ki, bu barədə məlumatı Çerniqov Şəhər Şurasının mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, zərbə nəticəsində qüllənin strukturu zədələnib, yaxınlıqda yerləşən inzibati və yaşayış binalarının pəncərə və eyvan konstruksiyaları sıradan çıxıb.

Teleqüllənin aşma riskinə görə, şəhər sakinlərinə ondan uzaq durmaq və ətrafında 200 metr radiusda vaxt keçirməmək tövsiyə olunub:

“Biz Çerniqov sakinlərindən xahiş edirik ki, teleqüllədən uzaq dursunlar və onun yanında vaxtlarını 200 metr radiusla məhdudlaşdırsınlar”, – deyə Şəhər Şurası bildirib.

Məlumata görə, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə strukturun stabilləşdirilməsi üçün işlər aparılacaq.

Qeyd edək ki, qülləyə oktyabrın 29-da zərbə endirilsə də, Şəhər Şurası o zaman Rusiya qüvvələrinin şəhərin mərkəzində mühüm infrastruktur obyektinə hücum etdiyini açıqlamış, teleqüllənin konkret hədəf olduğu barədə məlumat verməmişdi.


Bənzər xəbərlər