media-img_6919

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Andreyevka qəsəbəsini ələ keçirdiklərini açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb. Rusiya ordusunun Ukraynada cəbhədə irəlilədiyi bildirilən bəyanatda “Mərkəzi Hərbi Qrupun birlikləri fəal və qətiyyətli hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Andreyevka qəsəbəsini azad edib”- deyə, bildirilib. Açıqlamada bildirilib ki, son sutka ərzində 154 bölgədə Ukraynanın hərbi hava limanı infrastrukturuna, elektrik transformatorlarına, pilotsuz uçuş aparatları (PUA) istehsal və idarəetmə mərkəzləri, sursat anbarları, Ukrayna əsgərlərinin, hərbi texnikası və muzdlu əcnəbi qırıcıların yerləşdirildiyi məntəqələrə son 264 saat ərzində hücumlar təşkil edilib, Ukraynanın havadan müdafiə sistemləri ilə vurulub.


Bənzər xəbərlər