media-inshot_20250902_093357673

Sentyabrın 2-nə keçən gecə Rusiya ordusu Ukraynanın Bila Tserkva, Sumı və İzmail rayonlarına pilotsuz uçuş aparatları ilə hücum edib.

Patrulaz.az xəbər verir ki, Bila Tserkvada anqarlar, müəssisələr və yaşayış binaları dağıdılıb, nəticədə bir nəfər həlak olub, yaralananlar var.

Sumı şəhərində isə ticarət mərkəzləri və yaşayış binaları zədələnib, bir uşaq xəsarət alıb.

İzmaildə liman infrastrukturu zərbələrə məruz qalıb. Rəsmi məlumatlara görə, möcüzə nəticəsində insan tələfatının qarşısını almaq mümkün olub.

media-img_20250902_092125_489 media-img_20250902_092126_150 media-img_20250902_092126_296 media-img_20250902_092125_489


Bənzər xəbərlər