Rusiya hərbiçiləri yaralılarını atla təxliyə etməyə başlayıblar - VİDEO
1266 gündür ki davam Rusiya-Ukrayna müharibəsində rusiyalı hərbiçlər yaralılarını at üstündə təxliyə etməyə başlayıblar.
Patrulaz.az yayılan kadrlara əsasən xəbər verir ki, 2022-ci ilin 24 fevral tarixindən başlayan Rusiya-Ukrayna müharibəsində tərəflərin müharibə şəraitini əks etdirən müxtəlif görüntülər yayılır.
Yayılan görüntülərin birində isə atın üstündə hər tərəfi sarıqlarla bağlanmış yaralı Rus hərbiçisinin daşındığı an əks olunub.
Xatırladaq ki, avqustun 15-də ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Rusiya-Ukrayna müharibəsini müzakirə etmək məqsədilə görüş keçiriləcək.
Görüşdən əvvəl Donald Tramp açıqlamasında Putinə müharibəni dayandırmalı olduğunu söyləyəcəyini bildirib.
Gülbəniz Səfərova






