Rusiya Kiyevə ağır zərbə endirdi - 52 YARALI
Rusiya Ukraynanın paytaxtı Kiyevə ağır zərbələr endirib.
Patrulaz.az “Ukriinform”a istinadla xəbər verir ki, gecə saatlarında Kiyevə endirilən zərbələr nəticəsində 2 nəfər ölüb, 52 nəfər isə yaralanıb.
Rusiyanın intensivləşməkdə olan hücumları ilə bağlı Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko açıqlama verib:
“Bizim 52 qurbanımız var, onlardan az qala 30-u xəstəxanalardadır. Onların arasında 9 uşaq da var. Təəssüf ki, bu rəqəm artmaqda davam edəcək. Rusiyanın məqsədyönlü zərbəsi nəticəsində iki Kiyev sakini həlak olub. Bu, həm də yəqin ki, yekun rəqəm deyil”, – deyə o bildirib.

Gülbəniz Səfərova






