media-inshot_20250805_113205765

Bakı ilə Moskva arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Rusiya mediası bu dəfə Azərbaycandakı etnik azlıqlarla bağlı qərəzli və təxribat xarakterli açıqlamalar verib.

Patrulaz.az xəbər verir ki, tanınmış Kreml təbliğatçısı Kseniya Sobçakın son açıqlamasında “talışlar Azərbaycanda sıxışdırılır, onların hüquqları tapdanır”, kimi cümlələrlə ölkəmizlə bağlı qərəzli sözlər işlədib.

Sobçak açıqlamasında talışları iran mənşəli qrup adlandırıb:

“Talışlar öz dövləti olmayan, qismən Azərbaycanda yaşayan İran mənşəli etnosdur. Azərbaycanda talış fiquru separatçı və erməni əlaltısı kimi qəbul olunur”.

Onun ardınca başqa bir Rusiya təbliğatçısı açıq şəkildə sual verir: “Talışlara nə oldu? Onlar hara getdi? Onlar azərbaycanlı deyil!”

Görünür, bu cür iddialar Azərbaycanda etnik azlıqlara qarşı basqı olduğu barədə yanlış təsəvvür yaratmağa yönəlib.

Ancaq reallıq tam fərqlidir. Azərbaycanda talışlar, ləzgilər, tatlar və digər etnik qruplar dövlətin ayrılmaz hissəsidir. Onlar parlamentdə, hökumətdə, hərbi strukturlarda təmsil olunur, ictimai həyatın bütün sahələrində aktivlik göstərirlər.

44 günlük Vətən Müharibəsində də talışlar xüsusi ilə fərqlənərək, Azərbaycan uğrunda döyüşüb, qəhrəmancasına şəhid veriblər.

Onlar Azərbaycanın ayrılmaz tərkib hissəsdir. Rusiya mediasının təqdim etməyə çalışdığı kimi “ayrı-ayrı adamlar” deyil. Ölkəmizdə heç kim vətəndaşları etnik mənsubiyyətinə görə fərqləndirmir.

Rusiya tərəfinin əssasız iddiaları ikili standartların və geosiyasi manipulyasiyanın bariz nümunəsidir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər