"Rusiya NATO sərhədlərində hərbi qüvvə toplayır" - Almaniyadan xəbərdarlıq
“Rusiya NATO-ya yaxın ərazilərdə genişmiqyaslı hərbi hazırlıq aparır”.
Patrul.az xəbər verir ki, bu barədə Bundestaq (Almaniyanın federal parlamenti) üzvü və müdafiə eksperti Roderich Kiesewetter “NTV” telekanalına müsahibəsi zamanı deyib.
O, Rusiyanın NATO sərhədləri boyunca təxminən 360 min əsgər yerləşdirdiyini açıqlayıb.
Ekspertin sözlərinə görə, söhbət Belarusa dislokasiya edilmiş və Alyans ölkələrinə zərbə endirməyə qadir olan iki ordu korpusundan gedir.
“Putin hərbi iqtisadiyyat hesabına Ukraynaya qarşı müharibədə iştirak etməyən yüz minlərlə əsgər hazırlayır və Kremlin ağlına gələcək ümidləri sadəlövhlükdür”, – deyə siyasətçi bildirib.
Bundan sonra Roderich Kiesewetter 2026–2027-ci illəri “ən təhlükəli dövr” adlandırıb.
Qeyd edək ki, Almaniya rəsmilərinin bu açıqlamaları NATO daxilində təhlükəsizliklə bağlı narahatlıqların artdığını göstərir.
Gülbəniz Səfərova






