media-neftebaza

Avqustun 18-nə keçən gecə Rusiya ordusu Odessa vilayətinə pilotsuz təyyarələrlə hücum edib.

Patrulaz.az Yerli KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-energetika infrastrukturu obyekti və ikimərtəbəli bina alovlanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, ziyan çəkən obyektlər arasında “Nova Poşta” terminalı və “SOCAR” yanacaqdoldurma məntəqəsi də var.

İlkin məlumata görə, hücum nəticəsində ölən və xəsarət alan olmayıb.

Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, yanğının söndürülməsinə 100-dən çox xilasedici, könüllülər, Milli Qvardiyanın yanğınsöndürmə dəstələri və yerli briqadalar cəlb olunub. Əməliyyata həmçinin yanğınsöndürən robot və “Ukrzaliznitsia”ya məxsus xüsusi yanğınsöndürmə qatarı da qoşulub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər