Rusiya: Putinin Trampla görüşünə daxili hazırlıqlar davam edir
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov prezident Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşünə daxili hazırlıqların davam etdiyini bildirib.
“Patrulaz” xarici KİV-ə istinadən xəbər verir ki, Ryabkov Putin və Tramp arasında görüşlə bağlı hələlik razılığın əldə olunmadığını ifadə edib: “Bunun üçün daxili hazırlıqlar davam edir. Vaşinqtondan daha aydın və dəqiq bir şey eşitdiyimiz zaman təqvimlə bağlı məsələləri koordinasiya etməyə başlayacağıq”- deyə, bildirib. Ryabkov Rusiyanın ABŞ-a təyin etdiyi səfir üçün hələlik Vaşinqtondan razılıq almadıqlarını vurğulayaraq, təsdiq gözlədiklərini bildirib.