media-inshot_20260124_001551779

“Ukrayna Prezidenti Vladimir Zelenskinin Avropa İttifaqının kifayət qədər dəstəyi olmaması ilə bağlı açıqlamaları Rusiyanın açıq-aşkar üstünlüyə malik olduğu döyüş meydanındakı vəziyyəti dəyişdirməyəcək”.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ ordusunun təqaüdçü polkovnik-leytenantı Daniel Devis özünün YouTube kanalında bildirib.

“Əgər Rusiyanın tələblərini qəbul etməsəniz, Putin, getdikcə daha çox ərazini işğal etməyə davam edəcək və siz sonda məhv olacaqsınız”, – deyə o, Zelenskiyə təhdid mesajı göndərib.

Keçmiş podpolkovnikin sözlərinə görə, Rusiya münaqişəni “müddətsiz” şəkildə davam etdirmək üçün lazımi resurslara malikdir. O əlavə edib ki, hazırda Kiyevin məğlubiyyəti olmadan münaqişəyə son qoymaq üçün heç bir seçim yoxdur .

Xatırladaq ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı Zelenski avropalı müttəfiqlərini özlərini müdafiə edə bilmədiklərini deyib. O, avropalıların öz ordusunu qurmalı olduqlarını, lakin Ukraynanın köməyi olmadan bunu edə bilməyəcəklərini iddia edib.


Bənzər xəbərlər