media-inshot_20250724_093602704

İyulun 24-ü gecə saatlarında Rusiya və Ukrayna arasında qarşılıqlı hava hücumları nəticəsində həm mülki əhali, həm də infrastruktur ciddi ziyan görüb.

Patrulaz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Soçi şəhərinə hücum edib.

Soçinin Adler rayonunda PUA-nın qalıqları nəticəsində bir qadın həlak olub, daha bir nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hücumlar zamanı Soçi və Adler bölgəsindəki otellərdən turistlər yeraltı sığınacaqlara təxliyə olunub.

Həmçinin, Krasnodar vilayətinin Sirius yaşayış məntəqəsində “Lukoyl-Yugnefteprodukt” şirkətinə məxsus neft anbarı PUA hücumuna məruz qalıb və obyektin ərazisində yanğın baş verib.

Rusiya tərəfi isə cavab olaraq Ukraynanın Odessa, Çerkassı və Zaporojye bölgələrinə raket və PUA hücumları həyata keçirib. Odessa şəhərində yaşayış binası və mərkəzi Primorski bulvarı dağılıb, şəhərin bazar ərazisi isə qismən zərər görüb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər