media-inshot_20250919_210241753

Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya arasında 223 döyüş toqquşması baş verib.

Patrulaz.az “Ukriinform”a istinadən xəbır verir ki, ən intensiv döyüşlər Pokrovsk sektorunda qeydə alınıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya qüvvələri 131 idarə olunan bomba və 71 hava hücumu həyata keçirib, 4672 kamikadze pilotsuz uçuş aparatı atıb və Ukraynanın mövqelərini, yaşayış məntəqələrini 5017 dəfə atəşə tutub, o cümlədən 93 reaktiv yaylım atəşi ilə hücum edib.

Ukraynanın raket və artilleriya qüvvələri isə düşmənin komanda məntəqəsi, sursat anbarı və şəxsi heyəti, silah-sursat və hərbi texnikasının iki dəstəsinə zərbələr endirib.

Şimal Slobojanşina və Kursk sektorlarında son sutka ərzində 12 toqquşma baş verib. Rusiya qüvvələri 31 idarə olunan aviasiya bombasından istifadə edib, Ukrayna mövqelərini və yaşayış məntəqələrini 152 dəfə, o cümlədən altı dəfə MLRS (Çoxsaylı Raket Atış Sistemi) ilə atəşə tutub.

Bunlara baxmayaraq, Ukrayna da hücumlara cavab verir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski də bildirib ki, Kiyevin Rusiyanın hərəkətlərinə cavab olaraq uzaq məsafəli zərbələr endirməsi davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin fevralın 24-də başlanan Rusiya-Ukrayna müharibəsində hər iki tərəf ciddi itkilər verməyə davam edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər