Rusiya Ukrayna səmasını İran dronları ilə bürüdü - VİDEO
Rusiya bu gün Ukrayna şəhərlərinə genişmiqyaslı hava zərbələri endirib.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar zamanı 574 İran istehsalı “Shahed-136/131” dronu və 40 müxtəlif tipli raketdən istifadə olunub. Müdafiə sistemləri isə 546 dronu və 31 raketi məhv edə bilib.
Zərbələr nəticəsində Lvov və digər şəhərlərdə 1 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Qeyd edək ki, bu, Rusiya tərəfindən İran dronlarının iştirak etdiyi ən genişmiqyaslı hücumlardan biridir. Əvvəlki aylarda da eyni tip dronlarla zərbələr qeydə alınmışdı.






