media-inshot_20250913_001436101

Kreml Rusiya və Ukrayna arasında davam edən sülh danışıqlarının dayandırıldığını açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Avropa ölkələrini Ukraynada sülh səylərinə mane olmaqda ittiham edib. Onun sözlərinə görə, Moskva bütün maneələrə baxmayaraq, danışıqların qapısını açıq saxlayır.

Kreml bəyanatında Rusiyanın Avropa üçün təhlükə yaratmadığını da vurğulanıb. Moskva, Belarusla birgə keçirilən “Zapad 2025” (rus dilində “Qərb”) hərbi təlimi ilə bağlı Avropada yaranan narahatlıqları isə “Rusiyaya qarşı qərəzli və emosional reaksiyalar” adlandırıb.

Qeyd edək ki, NATO ölkələri Rusiyanın Polşaya buraxdığı dronlar və hava məkanının pozulması cəhdini pisləyərək, hər an hazır vəziyyətdə olduqlarını açıqlayıb.

“Zapad 2025” təlimləri isə Belarusun paytaxtı Minsk yaxınlığında, Borisov şəhəri ətrafında keçiriləcək. NATO-nun şərq qanadındakı üzvləri – Polşa, Litva və Latviya təlimlər öncəsi təhlükəsizlik tədbirlərini gücləndirib.

Polşa isə əlavə addım ataraq, təlim müddətində Belarusla sərhədini tamamilə bağlamaq qərarı verib.


Bənzər xəbərlər