Rusiya Ukraynada pensiya məntəqəsini bombaladı: 20-dən çox ölü - VİDEO
Rusiya ordusu Ukraynanın Donetsk vilayətində pensiya paylama məntəqəsinə havadan zərbə endirib.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hücum zamanı məntəqədə pensiya ödənişi almaq üçün növbədə olan 20-dən çox şəxs həlak olub.
Görüntülərdə hadisə yerində dağıntılar və həlak olan şəxslərin meyiti əks olunub.
Hücumla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın bu cür zərbələri dünyanın müvafiq cavabı olmadan keçməməlidir:
“Ruslar həyatı məhv etməkdə davam edir, lakin onlar yeni güclü sanksiyalardan, yeni güclü zərbələrdən yayınırlar. Dünya səssiz qalmamalıdır. ABŞ, Avropa və G20 cavab verməlidir. Rusiyanın ölüm daşımasının qarşısını almaq üçün ciddi addımlar atılmalıdır”.
Qeyd edək ki, Rusiyanın son vaxtlar Ukraynaya hücumları intensivləşib.






