media-inshot_20251217_185421586

Rusiya Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı məsələsinə münasibət bildirib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik təhlükəsizlik zəmanətlərinə əsasən bir sıra Avropa ölkələri tərəfindən Ukraynanın öz ərazisində gücləndirilməsinin Rusiyanın cavabsız qalmayacağını bildirib:

“Rusiya Ukrayna ordusunun Avropa qoşunları tərəfindən öz ərazisində gücləndirilməsinə dözməyəcək”.

Xatırladaq ki, ABŞ və Avropa ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı qapalı danışıqlar aparıblar. Sözügedən zəmanətlərə görə, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 800.000 nəfərə endiriləcək, Ukrayna ordusu gücləndiriləcək, Avropa qoşunları Ukrayna ərazisinə yerləşdiriləcək və Amerika kəşfiyyatından geniş istifadə olunacaq. Bildirilir ki, AB qoşun kontingenti Rusiya ilə sərhəddən uzaqda, qərbi Ukraynada yerləşdiriləcək.

Andrey Kolesnik bu cür təhlükəsizlik zəmanətlərinin münaqişənin əsas səbəblərini aradan qaldırmadığını bildirərək, Rusiyanın bundan məmnun qalmayacağını söyləyib:

“Rusiya əsas səbəbləri aradan qaldırmağı hədəfləyib. Bu, demilitarizasiya və denazifikasiyadır. Bəs Ukrayna ordusu qərbdə gücləndirilərkən bu necə demilitarizasiya hesab oluna bilər? Dünyanın istənilən yerinə – istər şərqdə, istərsə də cənub-şərqdə – zərbə endirə bilən mövcud silahlar harada olmasından asılı olmayaraq, hər halda Rusiya Federasiyası üçün təhlükə olacaq. Biz buna dözməyəcəyik; sonra onlar sadəcə münaqişənin tərəfinə çevriləcəklər”, – Kolesnik bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də təhlükəsizlik zəmanətləri müqabilində ölkəsinin NATO-ya üzvlükdən imtina edə biləcəyini açıqlayıb.

“ABŞ ilə ikitərəfli razılaşma, eləcə də Rusiyanın yenidən hücum etməməsi üçün Avropa İttifaqı və digər ölkələrdən zəmanət təmin ediləcəyi təqdirdə, Şimali Atlantika Alyansına daxil olmaqdan imtina edə bilərik”, – deyə Zelenski bildirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər