Rusiya XİN-i Azərbaycanın Ukraynaya yardımına REAKSİYA VERDİ
Azərbaycan Ukraynaya 10 yük avtomobilindən ibarət karvanla növbəti humanitar yardımını yola salıb.
Patrulaz.az xəbər verir ki, yardımın tərkibində əsasən bərpa və yenidənqurma işlərinə yönəlmiş avadanlıq və ləvazimatlar var.
Bununla, Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin dəyəri 44 milyon ABŞ dollarını keçib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi isə Azərbaycanın Ukraynaya yardımları ilə əlaqədar, ölkəmizdən Kiyevə silah göndəriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib:
“Azərbaycan bizim mövqeyimizi yaxşı bilir. Bu cür addımlar münaqişənin həllinə kömək etmir, əksinə Ukraynadakı vəziyyəti daha da gərginləşdirə bilər”- deyə qurumun sözçüsü bildirib.
Xatırladaq ki, avqustun 11-də Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Sərəncam imzalamışdı.






