Rusiya: Zaporojya vilayətində Stepovoye qəsəbəsini ələ keçirdik
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumat paylaşılıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ordusunun Ukraynada cəbhədə irəlilədiyi bildirilən açıqlamada Dnepr Hərbi Qrupunun əsgərlərinin fəal və qətiyyətli hərəkətləri nəticəsində Zaporojya vilayətinin Stepovoye qəsəbəsini azad etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Ukraynanın hərbi hava limanı infrastrukturu, pilotsuz uçuş aparatı (PUA) təlim mərkəzləri və Ukrayna əsgərlərinin, hərbi texnikasının və muzdlu əcnəbi qırıcıların 159 bölgədə yerləşdiyi nöqtələrə, müharibənin başladığı gündən bu yana 658 mindən çox hava hücumu təşkil edilib.
Nazirliyin açıqlamasında, həmçinin gecə saatlarında Rusiya bölgələri üzərində hava hücumundan müdafiə sistemləri ilə Ukraynaya məxsus 22 PUA-nın vurulduğu bildirilir.
Rusiya prezidenti Vladimir Putinin 30 sentyabr 2022-ci ildə imzaladığı fərmanla Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri qanunsuz olaraq ilhaq edilib.