Rusiya Zaporojyada cəzaçəkmə koloniyasını vurdu: 16 ölü, 35 yaralı
Rusiya hərbçiləri iyulun 29-na keçən gecə Zaporojya vilayətində cəzaçəkmə koloniyasına hücum edib.
Patrulaz.az Yerli KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində 16 nəfər ölüb, 35 nəfər isə yaralanıb.
Məlumata görə, zərbələr idarə olunan aviabombalardan istifadə edilməklə həyata keçirilib.
Prezident aparatının rəhbəri Andrey Yermak hadisəyə kəskin reaksiya verib:
“Bu, rusların növbəti hərbi cinayətidir, onlar dayandırılmadıqca dayanmayacaqlar”,-deyə o bildirib.
Qeyd edək ki, hücum zamanı yanğın söndürülərkən xilasedicilər də xəsarət alıb, yanğınsöndürən maşın isə sıradan çıxıb.

Gülbəniz Səfərova






