media-inshot_20260330_143625068

Rusiyada cinayətkarlar ağıllı kolonkalardan və onlara qoşulan digər cihazlardan istifadə edərək insanların şəxsi həyatına daxil ola bilirlər.

Patrul.az xəbər verir ki, artıq təkcə zərərli linklər və viruslu fayllar deyil, həm də “ağıllı” qurğular hədəfə çevrilib.

İnternetdə buraxdığımız “rəqəmsal izlər” – sifarişlər, alışlar, qeydiyyatlar – analiz edilərək potensial qurbanın tam portreti qurulur. Bu məlumatlar əsasında hakerlər insanın gündəlik rejimini, ünvanını, əlaqələrini və hətta zəif nöqtələrini müəyyənləşdirə bilir.

Daxili İşlər Nazirliyi bildirir ki, ağıllı kolonkalara giriş əldə edən fırıldaqçılar onları izləmə sisteminə çevirə bilər. Bu cihazlar evdə digər texnologiyaların – işıqlandırma, təhlükəsizlik sensorları, videokameralar – idarə mərkəzi rolunu oynadığından risk daha da artır.

Fırıldaqçılar çox vaxt əvvəlcədən hazırlanmış ssenari ilə işləyir. Onlar zəif vəziyyətdə olan insanları – yorğun, xəstə və ya diqqətsiz şəxsləri – hədəf seçir. Əgər plan pozularsa, dərhal əlaqəni kəsirlər.

Klinik psixoloqların sözlərinə görə, belə hallarda insan yarı yuxulu və ya gərgin vəziyyətdə olduqda daha asan təsir altına düşür. Cinayətkarlar hətta uşaqları da hədəf alır. Məsələn, Yaltada 11 yaşlı qız valideynlərini qorxutmaq bəhanəsi ilə evdəki qızıl əşyaları çıxarmağa məcbur edilib. Ona bildirilib ki, guya valideynlərini həbsdən xilas etmək üçün “yoxlama aparılmalıdır”.

Mütəxəssislər qeyd edirlər ki, müasir dələduzlar artıq kütləvi zənglərə deyil, konkret şəxslərin “işlənməsinə” üstünlük verirlər. Süni intellekt vasitəsilə toplanan məlumatlar əsasında hər bir insan üçün ayrıca psixoloji yanaşma hazırlanır.

Ağıllı ev sisteminə giriş əldə edən şəxslər istifadəçinin gündəlik rejimini, evdə olub-olmamasını və hətta hansı saytlara daxil olduğunu öyrənə bilər. Bu isə onların qurbanın etibarını qazanmasını asanlaşdırır.Şəxsi məlumatları bilən fırıldaqçı özünü bank əməkdaşı kimi təqdim etdikdə insan buna daha tez inanır.

Bundan sonra isə psixoloji təsir mərhələsi başlayır. Ekspertlərə görə, dələduzlar NLP (neyro-linqvistik proqramlaşdırma) texnikalarından istifadə edərək danışıq ritmini qurbanın davranışına uyğunlaşdırır və onu çaşdırmağa çalışır. Onlar şüuru “yükləmə” üsulundan istifadə edir – çoxlu məlumat, rəqəm və termin səsləndirərək insanın düzgün qərar verməsinin qarşısını alırlar.

Mütəxəssislərin əsas tövsiyəsi:

Tələsdirmə ifadələrinə – “tez”, “indi”, “dərhal” kimi sözlərə aldanmayın. Belə hallarda fasilə verin, məlumatı yoxlayın və qərarı tələsmədən verin.


Bənzər xəbərlər