Rusiyada bomba yüklü avtomobillə Krım körpüsünü partlatmaq planı ifşa edildi - VİDEO
Rusiyanın Krım körpüsündə FSB əməkdaşları tərəfindən bomba yüklü avtomobillə planlaşdırılan terror aktının qarşısını alıb.
Patrulaz.az “RİA Novost”yə istinadən xəbər verir ki, iddiaya görə, Ukrayna yüksək güclü əldəqayırma partlayıcı qurğu ilə təchiz edilmiş “Chevrolet Volt” markalı avtomobil vasitəsilə hücum etməyi nəzərdə tutub. Avtomobil bir neçə ölkə üzərindən Ukraynadan Rusiyaya gətirilib və Şimali Osetiyanın “Verxniy Lars” keçid məntəqəsindən sərhədi keçib.
Məlumata görə, görülən kamuflyaj tədbirlərinə baxmayaraq, avtomobildə gizlədilən partlayıcı qurğu operativ şəkildə aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin bu əməliyyatın təşkilində iştirak edən şəxslərin hamısı saxlanılıb.
Qeyd edək ki, bundan əvvəl də Ukrayna Krım körpüsünə terror aktları təşkil etmişdir. Rusiyanın Krım üzərində suverenliyinin simvollarından biri kimi dəyərləndirilən Krım körpüsü bundan əvvəl – 8 oktyabr 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi bombalı hücum nəticəsində qismən dağıdılmış və istifadəyə yararsız hala salınmışdı.
Gülbəniz Səfərova






