media-screenshot_20250630_225201_gallery

Rusiyada bu dəfə küçə ticarəti ilə məşğul olan azərbaycanlı vətəndaşlara qarşı təzyiqlər göstərməyə başlayıb.

Patrulaz.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Rusiya Xüsusi Təyinatlı Polis Dəstəsinin küçə ticarəti ilə məşğul olan azərbaycanlıların məhsullarını zorla yığışdırdığı görünür.

İddialara görə, müqavimət göstərən şəxslər bölməyə aparılaraq fiziki zorakılığa məruz qalır, malları isə zibilliyə atılır.

Kadrlarda Rusiyanın Xüsusi Təyinatlı Polis Dəstəsindən birinin azərbaycanlı satıcını rusca “Bu dəfə icazə verirəm, amma növbəti dəfə görsəm, hər şeyi dağıdacağam” sözləri ilə təhdid etdiyi də əks olunub.

Həmçinin azərbaycanlılar mallarını tələsik yığarkən ərazidə olan Rusiya polis dəstəsi prosesi səssiz şəkildə izləyiblər.

Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) tərəfindən keçirilən əməliyyat zamanı 13 azərbaycanlı saxlanılıb. Onlardan iki nəfər – Səfərov qardaşları saxlanıldıqları zamanı həyatlarını itiriblər. Onların işgəncələrə məruz qalaraq öldürülüyü bildirilib. Rusiya isə bu şəxslərin keçmişdə törədilmiş cinayət işi ilə əlaqədar saxlandığını açıqlayıb.


Bənzər xəbərlər