Rusiyada dəmiryol stansiyasına dron hücumu edildi
Rusiya Federasiyasının Rostov vilayətində yerləşən Kamenolomnı kəndində dron hücumu nəticəsində dəmiryol vağzalının dam örtüyü yanıb.
Patrulaz.az “Bash Tube” telegram kanalına əsasən xəbər verir ki, hadisə zamanı idarəetmə mərkəzində olan 3 nəfər təxliyə edilib.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Rusiya hərbi strukturlarının məlumatına görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Novoşaxtinsk, Şaxtı və Novoçerkassk şəhərləri üzərində məhv edilib.
Rəsmi qurumlar hücumun qarşısının alındığını və ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər.
Hadisənin səbəbləri və texniki təfərrüatları araşdırılır.
Gülbəniz Səfərova






