Rusiyada hərbiçiyə terror aktı törətmək istəyən şəxs saxlanıldı - VİDEO
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Rostov-na-Donu şəhərində yüksək rütbəli hərbçiyə qarşı planlaşdırılan terror aktının qarşısını alıb.
Patrulaz.az xəbər verir ki, FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumata əsasən, terror aktı törətmək istədiyi bildirilən Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olan şəxs saxlanılıb.
İddiaya görə, saxlanılan şəxs Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edib və onun xaricdə işə götürüldüyü, Rusiyaya daxil olduqdan sonra ilk olaraq Sankt-Peterburqda partlayıcı qurğu aldığı bildirilib.
Təqsirləndirilən şəxs Rostov-na-Donuya gəldikdən sonra kirayə mənzil tutub və yüksək rütbəli hərbçinin ünvanını müəyyən edərək terror aktı planlaşdırıb. FSB əməkdaşlarının keçirdiyi əməliyyat zamanı onun üzərində 400 qram trotil ekvivalentində əldəqayırma partlayıcı qurğu aşkar edilib.
Qurumun məlumatına görə, saxlanılan şəxs barəsində terror aktına hazırlıq üzrə cinayət işi açılıb və törədəcəyi cinayəti etiraf edib.
Qeyd edək ki, hadisə ilə bağlı FSB İctimaiyyətlə Əlaqələr Mərkəzi tərəfindən video da yayımlanıb.
Gülbəniz Səfərova






