Rusiyada planlaşdırılan terror aktının qarşısı alındı - VİDEO
Rusiyanın Krasnodar diyarında (Kuban) terror aktının qarşısı alınıb.
Patrulaz.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) yayıb.
Bildirilib ki, mərkəzi Afrika ölkələrindən birinin vətəndaşı beynəlxalq terror təşkilatının tapşırığı ilə regionda yerləşən neft emalı zavodunun yataqxanasını yandırmağı planlaşdırıb.
Şəxs saxlanılıb və ona qarşı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci bəndi, 205-ci maddənin 1-ci bəndi və 205.5-ci maddənin 2-ci bəndinə əsasən cinayət işi açılıb.
Qeyd edək ki, FSB-nin son aylarda sənaye obyektlərinə qarşı planlaşdırılan bir neçə oxşar hücumun qarşısını aldığı bildirilir.






