media-inshot_20250621_212416474

Rusiyanın İrkutsk şəhərində qeyri-adi doğum hadisəsi yaşanıb. 

Patrulaz.az Xarici mətbuata istinadla xəbər verir ki, hamilə bir qadın pedikür üçün getdiyi gözəllik salonunda doğum edib.

Hadisə “Gorki Studiyası” adlı gözəllik mərkəzində baş verib.  Belə ki, gənc qadın pedikür prosedurunu tamamlayarkən doğum sancıları başlayıb. Salon əməkdaşları dərhal hərəkətə keçərək təcili yardım çağırıblar, uyğun bir sahə hazırlayaraq, çarşaflarla steril mühit yaradıblar. Onlar bununla qadına doğum prosesində yardımçı olublar.

Komandada olan və daha əvvəl iki dəfə doğum etmiş bir əməkdaş vəziyyəti soyuqqanlılıqla idarə edib.

Hadisə nəticəsində körpə sağlam şəkildə dünyaya gəlib.

Qeyd edək ki, ana və körpənin səhhətinin yaxşı olduğu bildirilib.

Ləman Sərraf


Bənzər xəbərlər