Rusiyada Zelenski və ordusunun qələbəsi üçün dua etdiyi iddia edilən 70 nəfər saxlanılıb - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis qüvvələri Ukrayna yönümlü olduğu bildirilən təriqət üzvlərinə qarşı əməliyyat keçirib.
Patrul.az “Lenta.ru”ya istinadla xəbər verir ki, əməliyyat zamanı “Vahif Prinip Məktəbi” adlanan məkanda dua mərasimində iştirak edən 70 nəfər saxlanılıb.
Məlumata görə, saxlanılan şəxslərin Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna ordusunun qələbəsi üçün dua etdikləri bildirilir.
“Shot” Telegram kanalında yayılan görüntülərdə hüquq-mühafizə orqanları əməkdaşlarının insanların toplaşdığı zala daxil olduğu əks olunub.
Qeyd edək ki, saxlanılanların Ukrayna yönümlü təriqətin üzvləri olduğu və vətəndaşları Ukrayna Silahlı Qüvvələrinin (SQƏ) fəaliyyətinin düzgünlüyünə inandırmağa çalışdıqları iddia edilir.
Həmçinin bildirilir ki, təşkilat özünü guya “şüuru oyatmaq” və “şəfa vermək” məqsədilə yaradılmış qurum kimi təqdim etsə də, hüquq-mühafizə orqanlarının iddiasına görə, onun əsas məqsədi Rusiyaya qarşı psixoloji təsir göstərməkdir.
Hadisə ilə bağlı “Rusiya ordusu haqqında bilərəkdən yalan məlumat yaymaq” maddəsi ilə cinayət işi açıldığı bildirilir, hazırda isə araşdırmalar aparılır. Onları 10 ilədək həbs cəzası gözləyə bilər.
Gülbəniz Səfərova






