Rusiyada zəlzələ olub
Rusiyanın Kamçatka yarımadasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, yeraltı təkanlar avqustun 22-də, yerli vaxtla saat 09:37-də (Moskva vaxtı ilə 00:37) baş verib.
Hazırda zəlzələnin episentrinin dərinliyi, həmçinin dağıntılar və zərərçəkənlərin olub-olmaması barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, Kamçatka yarımadası seysmik baxımdan aktiv zonada yerləşir və burada mütəmadi olaraq müxtəlif gücdə zəlzələlər baş verir.
Gülbəniz Səfərova






