Rusiyadan Odessaya pilotsuz zərbə: İnfrastruktur zədələndi, yanğın qatarı işə salındı - VİDEO
Rusiya avqustun 20-si gecə saatlarında Ukraynanın Odessa vilayətinin İzmail şəhərinə pilotsuz təyyarələrlə hücum edib.
Patrulaz.az yerli KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində baş verən güclü yanğın səbəbilə bir nəfər xəsarət alıb.
Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, zərbələr nəticəsində infrastruktur və istehsalat obyektlərinə ciddi ziyan dəyib. Xilasedicilər alovun qarşısını almaq üçün gecə boyu çalışıblar.
“Yanğının söndürülməsinə 54 əməkdaş, 16 texnika və yanğın qatarı cəlb olunub”, – deyə qurumun açıqlamasında qeyd olunub.
Qeyd edək ki, Ukraynanın Odessa vilayətinə son aylarda Rusiya aramsız hücumlar həyata keçirir.






