Rusiyadan Özbəkistana gedən təyyarə uçuşu dayandırdı
Rusiyanın İrkutsk şəhərindən Özbəkistanın paytaxtı Daşkəndə yollanan “Ural Hava Yolları”na məxsus sərnişin təyyarəsi uçuş zamanı məcburi dayanma edib.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, U62719 reysi yerindən qalxarkən mühərrikə quşun düşməsi ehtimalı ilə uçuş-enmə zolağında sürətlənməni dayandırıb və dayanacağa geri qayıdıb.
Hadisə ilə bağlı aparılan mühəndis-texniki yoxlamalar nəticəsində heç bir nasazlıq qeydə alınmayıb. Problem aradan qaldırıldıqdan sonra təyyarə planlaşdırılmış uçuşunu davam etdirib.






