media-inshot_20250721_224250108

Rusiya Dövlət Dumasında büdcəni doldurmaq üçün oliqarxların şirkətlərinin milliləşdirilməsi təklif olunub.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, qərarvericilərin fikrincə, ölkənin ən varlı şəxslərinin qazancları dövləti “çətin günlərdə” xilas edə bilər.

Parlamentin iqtisadi siyasət komitəsinin sədr müavini bildirib ki, Rusiya büdcəsinin ehtiyaclarını ödəmək üçün istifadə oluna biləcək kifayət qədər “ehtiyat” var – bu ehtiyat isə varlıların sərvətidir.

Deputatın hesablamalarına görə, oliqarxlar təkcə 2023-cü ildə 25 milyard dollar qazanıblar.

Bu çağırış ictimaiyyətdə həm maraq, həm də istehza doğurub. Sosial şəbəkələrdə yazırlar:

“Bir də Lenini dirildin, bu qədər il boşuna muzeydə saxlamamısınız axı!”

 


Bənzər xəbərlər