media-inshot_20250715_154411259

Rusiyada Azərbaycan teatrının tamaşaları ləğv olunub.

Patrulaz.az “TASS”a əsasən xəbər verir ki, Rusiyanın Novosibirsk şəhərində yerləşən “Qlobus” Dövlət Akademik Gənc Tamaşaçılar Teatrı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının iki tamaşasını proqramdan çıxardığını elan edib.

Teatrın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, sentyabrın 28-i və 29-da “Böyük qastrollar” federal proqramı çərçivəsində səhnələşdirilməsi planlaşdırılan “Müsyö Jordan və Dərviş Məstəlişah”, eləcə də “Hamlet” tamaşalarının nümayişi ləğv olunub.

Ləğv qərarının səbəbi barədə rəsmi açıqlama verilməsə də, son həftələrdə Azərbaycan-Rusiya münasibətlərində yaşanan gərginliyin bu qərara təsir etdiyi ehtimal olunur.


Bənzər xəbərlər